Главная > Manset / Dünya > Ərdoğan: Türkiyə Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarına qarşı tədbirlər görəcək
Ərdoğan: Türkiyə Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarına qarşı tədbirlər görəcək13-12-2024, 09:30. Разместил: azadses |
“Türkiyə öz milli təhlükəsizliyi naminə Suriyada fəaliyyət göstərən və ölkə üçün təhlükə mənbəyi olan PKK/PYD və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı tədbirlər görəcək”. “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə iki günlük rəsmi səfərə gələn ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib. O bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq. Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa ilk gündən sadiq olduğunu və beynəlxalq ictimaiyyətin rəsmi Dəməşqin dirçəldilməsi və yenidən qurulmasında əməkdaşlıq etməli olduğunu bildirib. O, həmçinin qeyd edib ki, rəsmi Ankara Türkiyə-ABŞ əlaqələrini bütün sahələrdə inkişafı üçün səylərini davam etdirəcək. Вернуться назад |