Главная > Manset / Dünya > ABŞ-də Bayden dövründə miqrasiya rekord həddə çatıb
ABŞ-də Bayden dövründə miqrasiya rekord həddə çatıb12-12-2024, 16:33. Разместил: azadses |
2021-2023-cü illərdə ABŞ-yə hər il orta hesabla 2,4 milyon insan gəlib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" ABŞ Konqresinin Büdcə İdarəsinə istinadən xəbər verib. “2021-2023-cü illər arasında illik “xalis miqrasiya” – ölkədən gedənləri ölkəyə daxil olanların sayından çıxılmaqla orta hesabla 2,4 milyon nəfər olub”, - nəşr yazır. Beləliklə, Prezident Cozef Bayden hakimiyyətdə olarkən, ölkəyə 8 milyondan çox insan gəlib. Qeyd olunur ki, bu müddət ərzində ABŞ-yə mühacirlərin gəlişi rekord həddə çatıb. Bundan əlavə, statistikaya görə, 2021-ci ildən ölkəyə gələn miqrantların təxminən 60 %-i bunu qanuni icazə olmadan edib. 2023-cü ildə ABŞ əhalisinin 15,2 %-i xaricdə doğulmuş insanlar olub. Əvvəlki rekord 1890-cı ildə qeydə alınıb, o zaman əhalinin 14,8 %-i ABŞ-də doğulmayıb. Məlumata görə, 2023-cü ilə qədər ABŞ-də təxminən 335 milyon insan yaşayırdı. Вернуться назад |