Главная > Manset / Dünya > Zelenski Ukrayna raketinin sınağının uğurla keçdiyini açıqlayıb

Zelenski Ukrayna raketinin sınağının uğurla keçdiyini açıqlayıb


11-12-2024, 10:32. Разместил: azadses
Ukrayna Silahlı Qüvvələri və ölkənin hərbi-sənaye kompleksi nümayəndələri yeni “Ruta” raketinin uğurlu sınaqlarını keçiriblər.

“Report” xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski Boris Paton adına Ukrayna Milli Mükafatının təqdimetmə mərasimində bildirib.

O, raketin texniki xüsusiyyətləri barədə heç bir məlumat verməyib. Ukrayna Prezidenti həmçinin bildirib ki, 2024-cü ilin avqustunda ilk dəfə döyüş şəraitində istifadə edilən yeni uzaqmənzilli “Palyanitsya” raket-dronu seriyalı istehsala buraxılıb.

“Raket-dron “Peklo” ilk döyüş sınaqlarını uğurla keçib. Bu günlərdə Müdafiə Qüvvələrimizə ilk partiyanı təhvil verdik. Uzaqmənzilli “Neptun” tezliklə işğalçılar üçün dəhşətli reallığa çevriləcək", – Zelenski əlavə edib.

Bundan əlavə, o, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə istifadə etdiyi Ukrayna istehsalı olan dronları sadalayıb.

“Kəşfiyyatçı “Qor”, gecə bombardmançıları “Vampir” və “Heavy Shot”, FPV dronları “Kolibri” və “Kamik”, FPV təyyarələri “Darts”, uzaqmənzillilər – “Lyutı”, “Fire Point-1” kimi dronlar. Bütün bunlar Ukrayna istehsalıdır. Bütün bunlar artıq fəal şəkildə istifadə olunur. Həm cəbhədə, həm də düşmənin cəbhəarxasında. Ukraynaya güc verən budur. Bizə, ukraynalılara müdafiə verən budur. Əminəm ki, bizə ədalətli sülh gətirəcək olan budur”, – dövlət başçısı vurğulayıb.

“Militarnı” portalı “Ruta” raketinin olduğu güman edilən fotonu dərc edib. 2024-cü ilin iyununda Parisdə keçirilən “Eurosatory” sərgisində Ukrayna stendində “Destinus” şirkətinin “Ruta” raket-dronu nümayiş etdirilib. “Ruta”nın əsas üstünlüyü aşağı qiymət, faydalı yük ölçüsü və sürətin birləşməsidir ki, bu da raketi çoxsaylı missiyaların yerinə yetirilməsi üçün ideal vasitəyə çevirir”, – nəşr yazır.


Вернуться назад