Главная > Manset / Dünya > Yaponiya hökuməti parlamentə 92,7 milyard dollarlıq əlavə büdcə layihəsi təqdim edib

Yaponiya hökuməti parlamentə 92,7 milyard dollarlıq əlavə büdcə layihəsi təqdim edib


9-12-2024, 14:44. Разместил: azadses
Yaponiyada parlament çoxluğuna malik olmayan koalisiya tərəfindən yaradılan hökumət cari maliyyə ili üçün (2025-ci ilin mart ayının sonunda başa çatır) 13,9 trilyon yen (təxminən 92,7 milyard dollar) məbləğində əlavə büdcə layihəsini qanunverici orqana təqdim edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, əlavə büdcənin təxminən yarısının istiqrazların emissiyası hesabına təmin edilməsi planlaşdırılır ki, bu da dövlət borcunun daha da artmasına səbəb olacaq.

Əlavə büdcədən 3,4 trilyon yen inflyasiya ilə mübarizəyə, 5,8 trilyon yen iqtisadiyyatın stimullaşdırılmasına, 4,8 trilyon yen isə ictimai təhlükəsizliyin təmin edilməsinə yönəldiləcək.

Dekabrın 21-də parlamentin iclası bitənə qədər əlavə büdcə qəbul edilməlidir. Bununla belə, müzakirələr müxalifət partiyalarının bir sıra tələbləri ilə üzləşə bilər.


Вернуться назад