Главная > Manset / Dünya > Britaniyanın Baş naziri: Bəşər Əsədin gedişini alqışlayırıq
Britaniyanın Baş naziri: Bəşər Əsədin gedişini alqışlayırıq9-12-2024, 13:00. Разместил: azadses |
Suriya xalqı Əsəd rejimi altında çox uzun müddət əziyyət çəkdi və onun gedişini alqışlayırıq. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Key Starmer bildirib. Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda bildirilir ki, London hazırda Suriyada siyasi nizamlanmaya nail olmağa, sülh və sabitliyin bərpasına diqqət yetirir. Starmer bütün tərəfləri mülki insanları qorumağa, humanitar yardımın yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə çatmasını təmin etməyə çağırıb. Вернуться назад |