Главная > Manset / Dünya > Cənubi Koreya Prezidenti hərbi vəziyyətə görə üzr istəyib

Cənubi Koreya Prezidenti hərbi vəziyyətə görə üzr istəyib


7-12-2024, 17:21. Разместил: azadses
Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmək qərarına görə xalqdan üzr istəyib.

“Report” xəbər verir ki, o bu barədə xalqa müraciətində bildirib.

“Hərəkətlərimə görə dərin üzr istəyirəm”, – o, canlı televiziya müraciətində deyib və təzim edib. Yun Sok Yol həmçinin öz hərəkətlərinə görə məsuliyyət daşıyacağını və cəza olacağı təqdirdə bundan yayınmağa çalışmayacağını vəd edib: “Mən hərbi vəziyyətin elan edilməsi ilə bağlı hərəkətlərimə görə siyasi və hüquqi məsuliyyətdən yayınmağa çalışmayacağam”.

O həmçinin yenidən hərbi vəziyyət elan etməyəcəyini vurğulayıb. Belə ki, son günlər Cənubi Koreyanın siyasi dairələrində və KİV-də belə bir ehtimal fəal müzakirə olunurdu.


Вернуться назад