Главная > Manset / Dünya > ÜST naməlum xəstəliyin səbəbini araşdırmaq üçün KDR-yə mütəxəssislər göndərib
ÜST naməlum xəstəliyin səbəbini araşdırmaq üçün KDR-yə mütəxəssislər göndərib7-12-2024, 09:44. Разместил: azadses |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kvanqo əyalətində 30 nəfərin ölümünə səbəb olan naməlum xəstəliyin səbəbini araşdırmaqda Konqo Demokratik Respublikasına (KDR) kömək edir. “Report” ÜST-yə istinadən xəbər verir ki, xəstəliyin simptomlarına başağrısı, öskürək və anemiya daxildir. Təşkilat “ölkənin cənub-qərbində yerləşən Kvanqo əyalətinin Panzi yaşayış məntəqəsində qeydə alınmış, hələ diaqnozu qoyulmamış xəstəliyin səbəbini müəyyən etmək məqsədilə əlavə araşdırmalar aparmaq üçün KDR-nin səhiyyə orqanlarına kömək etmək məqsədilə mütəxəssislər göndərir”. Məlumatda bildirilib ki, “səbəbi müəyyən etmək üçün laborator araşdırmalar aparılır”. ÜST KDR Səhiyyə Nazirliyinə istinadən bildirib ki, “Panzi tibbi-sanitar zonasında hazırda 394 xəstəlik və 30 ölüm halı qeydə alınıb”. Simptomlara “başağrısı, öskürək, qızdırma, təngnəfəslik və anemiya” daxildir. Panziyə ezam olunmuş KDR və ÜST mütəxəssisləri qrupuna epidemioloqlar, laborantlar, yoluxucu xəstəliklərin profilaktikası və nəzarəti üzrə mütəxəssislər daxildir. ÜST “noyabrın sonundan Kvanqoda səhiyyə orqanlarına epidemioloji nəzarətin gücləndirilməsi və xəstəlik hallarının aşkarlanmasında dəstək göstərir”. Təşkilatdan bildirilib ki, “komanda epidemioloji araşdırma və test üçün nümunələrin toplanması, xəstəlik hallarının aktiv aşkarlanması, müalicə və ictimai məlumatlılığın artırılması kimi cavab tədbirlərinin gücləndirilməsinə diqqət yetirəcək”. “Bizim prioritetimiz zərər çəkmiş ailələrə və icmalara səmərəli dəstək göstərməkdir. Xəstəliyin səbəbini müəyyən etmək, onun ötürülmə yollarını başa düşmək və mümkün qədər tez müvafiq cavab tədbirləri görmək üçün bütün səylər göstərilir”, – ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib. Вернуться назад |