Главная > Manset / Dünya > Namibiyada ilk dəfə qadın Prezident olub
Namibiyada ilk dəfə qadın Prezident olub4-12-2024, 09:42. Разместил: azadses |
Noyabrın 27-də Namibiyada keçirilən prezident seçkilərində ölkənin hazırkı vitse-prezidenti və Cənub-Qərbi Afrikanın hakim Xalq Təşkilatının nümayəndəsi Netumbo Nandi-Ndaitva qalib gəlib. “Report”un xəbərinə görə, bu barədə Namibiya Seçki Komissiyasının rəsmi bəyanatında bildirilir. Komissiyanın məlumatına görə, bütün bülletenlər hesablandıqdan sonra seçkilərdə iştirak edən vətəndaşların 57 %-nin Nandi-Ndaitvaya səs verdikləri məlum olub. Müstəqil Namibiya tarixində ilk dəfə qadın dövlət başçısı olub. Nandi-Ndaitva nəticələrə əsasən digər 14 namizədi qabaqlayıb. Ötən ilin fevralında Namibiyanın vitse-prezidenti, prezident vəzifəsini icra edən Nanqolo Mbumba dövlət başçısı kimi and içib. O, Xarici İşlər Nazirliyinin rəhbəri Netumbo Nandi-Ndaitvanı yeni vitse-prezident təyin edib. Вернуться назад |