Главная > Manset / Dünya > Venesuela prezidenti ənənəvi dəyərləri müdafiə edib
Venesuela prezidenti ənənəvi dəyərləri müdafiə edib2-12-2024, 13:05. Разместил: azadses |
Venesuela prezidenti Nikolas Maduro ənənəvi dəyərləri və milli mədəniyyəti müdafiə edib. “Report” xəbər verir ki, bu barədə Maduro prezident sarayının yaxınlığında minlərlə insanın iştirak etdiyi mitinqdə deyib. Onun sözlərinə görə, ailə dəyərlərini məhv etmək istəyən imperiya və ifrat sağçılara qarşı ən yaxşı peyvənd mədəniyyəti və ənənəvi dəyərləri qorumaq və saxlmaqdır. Prezident əlavə edib ki, imperiya və faşizm mədəni-mənəvi dəyərləri ləğv etməyə, ailə anlayışını sıradan çıxarmağa çalışır: “Biz deyirik: “Milad və həyata bəli””. Вернуться назад |