Главная > Manset / Dünya > Polis Tbilisidə nümayişçilərə qarşı su şırnaqlarından istifadə etməyə başlayıb

Polis Tbilisidə nümayişçilərə qarşı su şırnaqlarından istifadə etməyə başlayıb


Dünən, 09:44. Разместил: azadses
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisidə ölkə parlamentinin binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.

Bu barədə “Report” yerli KİV-ə istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin əməkdaşları etirazçıları mühasirəyə alaraq onları qanunvericilik binasından əks istiqamətə aparan keçid açıblar. Polis davamlı olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir. Nümayişçilər qaçırlar. Gözyaşardıcı qazdan zərərçəkən bəzi etirazçılar oradakı növbətçi təcili yardım qruplarından kömək istəyib.
Вернуться назад