Главная > Manset / Dünya > Britaniya İraqla qanunsuz miqrantlara qarşı mübarizə üçün müqavilə imzalayıb
Britaniya İraqla qanunsuz miqrantlara qarşı mübarizə üçün müqavilə imzalayıbDünən, 08:00. Разместил: azadses |
Rəsmi London və Bağdad insanları Böyük Britaniyaya qaçaqmalçılıq yolu ilə keçirən qruplarla mübarizə aparmaq üçün saziş imzalayıb. "Report"un xəbərinə görə, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Mütəşəkkil cinayətkar qrupların üzvləri sərhədlər tanımır, ona görə də sərhədlər hüquq-mühafizə orqanları üçün maneə olmamalıdır", - nazirliyin rəhbəri İvett Kuper İraqa üç günlük səfəri zamanı deyib. Məlumata görə, tərəflər Britaniya hakimiyyəti tərəfindən rədd edilən, sığınacaq axtaran şəxslərin İraqa qaytarılması üçün sadələşdirilmiş prosedur haqqında da razılığa gəliblər. İraq vətəndaşları indi krallığa dəniz yolu ilə qanunsuz yollarla daxil olan mühacirlərin 20 %-ə qədərini təşkil edir. Nazirin sözlərinə görə, La-Manş boğazı ilə Böyük Britaniyaya qanunsuz mühacirlərin qaçaqmalçılığı ilə məşğul olan qrupların izləri Fransa və Almaniyadan İraq Kürdüstanına qədər uzanır. Bildirilir ki, Britaniya hüquq-mühafizə orqanları informasiya mübadiləsini gücləndirməklə iraqlı həmkarlarına bu cür qruplarla mübarizədə dəstək verəcək. Böyük Britaniya həmçinin İraq sərhədçilərinin bacarıqlarının artırılması və İraq Kürdüstanında sərhədlərin möhkəmləndirilməsi üçün 500 min funt-sterlinq (təxminən 630 min ABŞ dolları-red) ayıracaq. Вернуться назад |