Главная > Manset / Dünya > Kim Çen In: Vaşinqtonun Pxenyana qarşı düşmənçilik siyasəti dəyişməyib
Kim Çen In: Vaşinqtonun Pxenyana qarşı düşmənçilik siyasəti dəyişməyibDünən, 14:00. Разместил: azadses |
ABŞ ilə müxtəlif səviyyələrdə aparılan danışıqlar yalnız Vaşinqtonun Pxenyana qarşı düşmənçilik siyasətinin dəyişməzliyini göstərdi. “Report” xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In deyib. “ABŞ-la danışıqlarda biz mümkün qədər uzağa getdik. Lakin nəticələr fövqəldövlətin dinc yanaşı yaşamaq istəyinə deyil, dəyişməz düşmən, aqressiv siyasətə və ardıcıl güclü mövqeyə inam yaratdı. Bu gün Koreya yarımadasında yaranmış fövqəladə vəziyyət heç bir halda qarşı tərəfin anlaşılmazlığının nəticəsi deyil”. Kim Çen In həmçinin silahların yenilənməsini və modernləşdirilməsini davam etdirməyi tapşırıb. Вернуться назад |