Главная > Manset / Dünya > İsrail ordusunun müharibə itkilərinin ümumi sayı 798 nəfərə çatıb
İsrail ordusunun müharibə itkilərinin ümumi sayı 798 nəfərə çatıb18-11-2024, 14:00. Разместил: azadses |
İsrailin Müdafiə Ordusunun iki əsgəri Qəzza zolağının şimalında gedən döyüşlərdə həlak olub. “Report”un xəbərinə görə, bu barədə Ordunun saytında məlumat verilib. Sayı 798-ə yüksələn itkilər siyahısında 21 yaşlı baş çavuş Noam Eytan və 22 yaşlı kapitan Yoqev Fazi də var. Bundan əvvəl İsrailin yeni müdafiə naziri İsrael Katz deyib ki, ordu döyüşçüləri Fələstinin HƏMAS hərəkatını və Livanın “Hizbullah” hərəkatını məğlub edə biliblər. Onun sözlərinə görə, HƏMAS təşkilati məğlub olub və Qəzza zolağında hələ də səpələnmiş terrorçu dəstələri var. Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də Qəzza sektorundan radikal HƏMAS qrupunun silahlılarının İsrail ərazisinə keçməsi, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin qətlə yetirilməsi və 240-dan çox insanın girov götürülməsi ilə kəskin şəkildə pisləşib. Вернуться назад |