Главная > Manset / Dünya > Serbiyada vağzal binasının talvarının uçması nəticəsində ölənlərin sayı artıb
Serbiyada vağzal binasının talvarının uçması nəticəsində ölənlərin sayı artıb18-11-2024, 09:43. Разместил: azadses |
Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. "Report"un xəbərinə görə, bu barədə hadisədən sağ çıxanların qaldığı kliniki mərkəzdən məlumat verilib. "Söhbət ən ağır xəsarət alan xəstədən gedir. O, noyabrın 1-də Novi-Sadda baş verən faciənin on beşinci qurbanı oldu. Həkimlərin mübarizəsinə və səylərinə baxmayaraq, ölüm baş verdi", - Klinik Mərkəzinin direktoru Vesna Turkulova jurnalistlərə deyib. Qeyd olunur ki, həkimlər digər iki ağır yaralının həyatı üçün mübarizəni davam etdirirlər. Xatırladaq ki, Serbiyanın əhalisinin sayına görə ikinci şəhərinin stansiya binasında yerləşən 50 metrlik beton konstruksiya noyabrın 1-də uçub. Dağıntının səbəbləri hələ müəyyən edilməyib. Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç faciədən sonra istefa verib. Serbiya hökuməti 2 noyabrı milli matəm günü elan edib. Вернуться назад |