Главная > Manset / Dünya > “Taliban” ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək
“Taliban” ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək10-11-2024, 12:10. Разместил: azadses |
“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək. “Report” xəbər verir ki, bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə bildirib. “Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN rəsmisi deyib. Gələn həftə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayacaq. Konvensiya tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir. Dünya burada iqlim maliyyələşdirilməsi problemi ilə bağlı mühüm qərarların qəbul ediləcəyinə ümid edir. Вернуться назад |