Главная > Manset / İdman > "Mançester Siti" təcavüzdə ittiham olunan futbolçuya milyonlarla pul ödəyəcək
"Mançester Siti" təcavüzdə ittiham olunan futbolçuya milyonlarla pul ödəyəcək7-11-2024, 14:00. Разместил: azadses |
"Mançester Siti"nin sabiq futbolçusu, hazırda Fransa Liqa 2-də "Loryan"ın heyətində çıxış edən Benjamin Mendi keçmiş klubu ilə bağlı məhkəmədə qalib gəlib. Oxu.Az xəbər verir ki, bu barədə Mançester Məşğulluq Tribunalının saytında məlumat verilib. Mendinin iddiası təxminən 11 milyon funt sterlinq dəyərindədir. Məhkəmənin Mendinin xeyrinə çıxardığı hökm o deməkdir ki, o, iddianın əhatə etdiyi 22 aylıq müddət ərzində təxminən beş ay həbsdə qaldığı üçün bu məbləğin böyük hissəsini almaq hüququna malikdir. Dəqiq məbləği tərəflər arasında razılaşdırılacaq və ya gələcək dinləmələrdə müəyyən ediləcək. Qeyd edək ki, futbolçunun 2021-ci ildə yenidən həbs olunmasından sonra "Mançester Siti" ona ayda 500 min funt sterlinq maaş verməyi dayandırıb. 2023-cü ildə Mendi ona qarşı irəli sürülən bütün ittihamlardan bəraət alıb və "Mançester Siti"yə qarşı iddia qaldırıb. Вернуться назад |