Главная > Manset / Dünya > BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib
BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib2-11-2024, 16:33. Разместил: azadses |
İsrailin sentyabrın sonunda “Hizbullah” hərəkatına qarşı başladığı hərbi əməliyyatdan sonra azı 469 min insan Livanı tərk edib. “Report” xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb. Sənəddə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına əsasən, 25 min livanlının İraqa gəldiyi bildirilib. Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın Livan ərazisindəki hərbi obyektlərinə kütləvi hava zərbələri endirir. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhədyanı bölgələrdə quru əməliyyatına başladığını elan edib. Вернуться назад |