Главная > Manset / Dünya > Bayden 1979-cu ildə İrana qarşı tətbiq edilmiş sanksiyaları uzadıb
Bayden 1979-cu ildə İrana qarşı tətbiq edilmiş sanksiyaları uzadıb2-11-2024, 09:42. Разместил: azadses |
ABŞ Prezidenti Cozef Bayden İslam Respublikasına qarşı birtərəfli sanksiyaları nəzərdə tutan “fövqəladə vəziyyət rejimi”ni bir il müddətinə uzatmaq qərarına gəlib. “Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir. Sənəddə qeyd olunur ki, “İranla münasibətlər hələ normallaşmayıb” və “19 yanvar 1981-ci il tarixli ikitərəfli sazişlərin yerinə yetirilməsi prosesi davam edir”. Söhbət ABŞ və İran arasında Əlcəzair sazişlərindən gedir. Bu sazişlər 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov saxlanılan amerikalı diplomatların azad edilməsinə gətirib çıxarıb. Bu sənədlərdə, xüsusilə ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi müəyyən edilib. “Bu səbəbdən 14 noyabr 1979-cu ildə elan edilmiş milli fövqəladə vəziyyət rejimi və bu fövqəladə vəziyyətə qarşı mübarizə məqsədilə o zaman tətbiq edilmiş tədbirlər 14 noyabr 2024-cü ildən sonra da qüvvədə qalmalıdır”, – bəyanatda qeyd olunur. “Mən İrana qarşı milli fövqəladə vəziyyət rejiminin müddətini bir il uzadıram”, – Prezident əlavə edib. Вернуться назад |