Главная > Manset / Dünya > KİV: Tramp seçicilərin dəstəyi baxımından Harrisi qabaqlayır

KİV: Tramp seçicilərin dəstəyi baxımından Harrisi qabaqlayır


24-10-2024, 16:31. Разместил: azadses
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkiyə iki həftədən az qalmış prezidentlik yarışında liderliyi ələ keçirərək, vitse-prezident Kamala Harrisi cüzi fərqlə qabaqlayır.

“Report” xəbər verir ki, bunu "The Wall Street Journal"ın yeni sorğusunun məlumatları sübut edir.

Məlumata görə, potensial seçicilərin 45 %-i Harrisi dəstəkləyir, Trampa isə bu kateqoriyada sorğuda iştirak edənlərin 47 %-i səs verməyə hazırdır.

Sorğu Harris haqqında mənfi rəylərin artdığını göstərir, onun dəstəyi 8 bal azalaraq 42 %-ə düşüb. Bu arada Trampın prezident kimi bəyənmə reytinqi 52 % olub və Harrisdən 4 xal üstündür.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Вернуться назад