Главная > Manset / Dünya > Mərakeşin daimi nümayəndəsi: Terrorizm Afrikaya on il ərzində 171 milyard dollar ziyan vurub

Mərakeşin daimi nümayəndəsi: Terrorizm Afrikaya on il ərzində 171 milyard dollar ziyan vurub


24-10-2024, 14:55. Разместил: azadses
Son on ildə terror aktlarının Afrikaya vurduğu iqtisadi ziyan 171 milyard dollar təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Mərakeşin Afrika İttifaqı və BMT-nin Afrika İqtisadi Komissiyası (UNECA) yanında daimi nümayəndəsi Məhəmməd Arruşi bildirib.

Onun sözlərinə görə, Afrika qitədə sığınacaq tapmış əcnəbi terrorçuların hərəkətlərinin nəticələrini təkbaşına ödəməli olub.

“Afrikadakı terror qruplarının fəaliyyəti dağıntılara, əhalinin kütləvi şəkildə yerdəyişməsinə və xeyli insan itkisinə səbəb olub”, - Arruşi əlavə edib.


Вернуться назад