Главная > Manset / Dünya > Mask Orbanın qanunsuz miqrantları Brüsselə göndərmək ideyasını dəstəkləyib

Mask Orbanın qanunsuz miqrantları Brüsselə göndərmək ideyasını dəstəkləyib


3-10-2024, 17:10. Разместил: azadses
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Brüsselə qeyri-qanuni miqrant göndərməyə hazır olduğunu açıqlayan Macarıstanın Baş naziri Viktor Orbanı dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Yaxşı fikirdir” milyarder Orbanın “X”də yazısını şərh edib. Şərhində Macarıstanın Baş naziri bildirib ki, Avropa İttifaqından Budapeştə təzyiqlər davam etdirərsə, ölkəsi qeyri-qanuni miqrantları Brüsselin əsas meydanına göndərəcək.

Qeyd edək ki, Avropa İttifaqının Ədalət Məhkəməsi miqrantların qəbulu qaydaları ilə bağlı əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə Macarıstana qarşı 200 milyon avro cərimə, eləcə də gündəlik 1 milyon avro məbləğində cərimə tətbiq edib.


Вернуться назад