Главная > Manset / Dünya > Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb
Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb2-10-2024, 16:19. Разместил: azadses |
ABŞ lideri Cozef Bayden prezidentliyə və vitse-prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etmək üçün ölkənin Məxfi Xidməti tərəfindən görülən tədbirləri gücləndirən qanun imzalayıb. "Report"un xəbərinə görə, bu barədə Ağ Evin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Sənəddə qeyd edilir ki, Bayden çərşənbə axşamı "Birləşmiş Ştatların Məxfi Xidmətindən prezidentləri, vitse-prezidentləri və aparıcı prezident və vitse-prezidentliyə namizədləri qorumaq üçün lazım olan agentlərin sayını müəyyən etmək üçün vahid standartlar tətbiq etməyi tələb edən" qanunu imzalayıb. Bundan əvvəl qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib. Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp iki dəfə hücuma məruz qalıb. Tramp birinci hücumda xəsarət alıb. Вернуться назад |