Главная > Manset / Siyasət > Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə ediblər
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə ediblər25-09-2024, 15:52. Разместил: azadses |
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər, immiqrasiya və ticarət naziri E.P. Çet Qrin ilə görüşüb. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib. Görüşdə iki ölkə arasında münasibətlərin əsasən BMT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarda formalaşması fonunda ikitərəfli əlaqələrin inkişafı üçün siyasi dialoqun və qarşılıqlı səfərlərin dinamikasının stimullaşdırılmasının vacibliyi vurğulanıb. Tərəflər həmçinin COP29 ilə bağlı məsələləri də müzakirə ediblər. Вернуться назад |