Главная > Manset / Dünya > Cənubi Koreya İraqa 2,78 milyard dollarlıq zenit-raket kompleksləri verəcək
Cənubi Koreya İraqa 2,78 milyard dollarlıq zenit-raket kompleksləri verəcək20-09-2024, 13:10. Разместил: azadses |
Cənubi Koreyanın "LIG Nex1" şirkəti İraqın Müdafiə Nazirliyi ilə “Cheongung - II” zenit-raket komplekslərinin tədarükü üçün 2,78 milyard dollarlıq müqavilə bağlayıb. "Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Sazişin konkret maliyyə şərtləri təhlükəsizlik baxımından açıqlanmayıb. Bu müqavilə həmin komplekslərin xaricə ixracının üçüncü nümunəsi olacaq. Cənubi Koreya bundan əvvəl BƏƏ və Səudiyyə Ərəbistanına “Cheongung - II” zenit-raket kompleksləri tədarük edib. 2022-ci ildə bu sistemin 12 batareyası BƏƏ-yə 3,37 milyard dollara başa gəlib. 2024-cü ilin fevralında Səudiyyə Ərəbistanı 3,2 milyard dollara 10 kompleks alıb. Вернуться назад |