Главная > Manset / Dünya > Zelenskinin ofisi: Ukrayna sülh planını başqa ölkələr vasitəsilə Rusiyaya verəcək

Zelenskinin ofisi: Ukrayna sülh planını başqa ölkələr vasitəsilə Rusiyaya verəcək


15-09-2024, 09:40. Разместил: azadses
“Ukrayna münaqişənin sülh yolu ilə həlli planını Rusiya ilə müvafiq dialoq aparan ölkələr vasitəsilə Moskvaya verəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva deyib.

O qeyd edib ki, hazırda bu plan hazırlanır. Onun sözlərinə görə, Moskva ultimatum dilində danışmağı dayandırarsa və belə planın elementlərini müzakirə etməyə hazır olarsa, Ukrayna tərəfi ikinci sammitdə Rusiya nümayəndələri ilə görüşməyə hazırdır.

Jovkva vurğulayıb ki, Kiyev digər ölkələr vasitəsilə sammitdə Rusiyanın nümayəndələrinə sülh planını çatdırmağa hazırdır.


Вернуться назад