Главная > Manset / Dünya > Ukrayna NATO standartlarına uyğun mərmilər istehsal etməyə başlayıb

Ukrayna NATO standartlarına uyğun mərmilər istehsal etməyə başlayıb


15-09-2024, 08:00. Разместил: azadses
“Ukrayna 155 mm-lik artilleriya mərmiləri istehsalına başlayıb”.

“Report”un məlumatına görə, bu barədə “Ukroboronprom”un keçmiş rəhbəri və Ukraynanın keçmiş strateji sənaye naziri Aleksandr Kamışin bildirib.

“Çox şey deyə bilmərəm, amma biz özümüzün 155 mm-lik top mərmilərinin istehsalına başlamışıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 155 mm-lik sursat NATO standartıdır və dünyanın bir çox ölkəsinin artilleriya qurğularında istifadə olunur.


Вернуться назад