Главная > Manset / İdman > "Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək

"Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək


14-09-2024, 15:40. Разместил: azadses
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

"Report"un məlumatına görə, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Ardınca "Formula 2"də sprint yarışı keçiriləcək.

Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.

Azərbaycan Qran-prisi: İkinci günün proqramı
14 sentyabr
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Sprint yarışı
16:00. "Formula 1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.


Вернуться назад