Главная > Manset / Dünya > ABŞ-də Tramp və Harrisin seçkiqabağı debatları başlayıb

ABŞ-də Tramp və Harrisin seçkiqabağı debatları başlayıb


Dünən, 15:28. Разместил: azadses
ABŞ-də prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisin iştirak etdiyi ilk seçki debatı başlayıb.

“Report” xəbər verir ki, debatların yayımı ABC telekanalında aparılır.

Debat başlamazdan əvvəl hər iki namizəd demək olar ki, eyni vaxtda tribunalara çıxıblar. Harris əvvəlcə rəqibinə əl uzadıb. Rəqiblər salamlaşıblar, sonra birbaşa debata başlayıblar.

"O, marksistdir, hamı onun marksist olduğunu bilir", - Tramp deyib. O, Harrisin son dörd ildə bütün siyasi baxışlarını "pəncərədən atdığını" və indi siyasi platformasını kopyaladığını da söyləyib.


Вернуться назад