Главная > Manset / Siyasət > Bu gün Laçın şəhərinə növbəti köç karvanı yola salınacaq
Bu gün Laçın şəhərinə növbəti köç karvanı yola salınacaq11-09-2024, 14:40. Разместил: azadses |
Bu gün respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın şəhərinə yola salınacaq. “Report” xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürüləcək. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailə, yəni 2 090 nəfər daimi məskunlaşıb. Вернуться назад |