Главная > Manset / Dünya > Britaniya Ukraynaya daha 650 ədəd çoxməqsədli “Martlet” raketi verəcək

Britaniya Ukraynaya daha 650 ədəd çoxməqsədli “Martlet” raketi verəcək


6-09-2024, 14:42. Разместил: azadses
Böyük Britaniya hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya əlavə 650 ədəd çoxməqsədli “Martlet” raketi verəcək.

"Report"un məlumatına görə, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Dəyəri 160 milyon funt-sterlinqdən (210 milyon dollar) çox olan yeni yardım paketi sentyabrın 6-da ABŞ-nin Almaniyadakı Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə Qərb Əlaqə Qrupunun iclasından əvvəl elan edilib.

İlin sonuna qədər “Martlet” raketlərinin əlavə partiyasının Londondan Kiyevə daşınacağı gözlənilir.


Вернуться назад