Главная > Manset / Dünya > Qəzzada əməliyyatın genişləndirilməsi girovların ölümünə səbəb olacaq

Qəzzada əməliyyatın genişləndirilməsi girovların ölümünə səbəb olacaq


5-09-2024, 18:02. Разместил: azadses
İsrail Müdafiə Ordusu (SAXAL) ölkənin siyasi rəhbərliyinə bildirib ki, Qəzza zolağında əməliyyatın genişləndirilməsi HƏMAS radikal Fələstin hərəkatı tərəfindən saxlanılan İsrail girovları arasında yeni ölümlərə səbəb ola bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail televiziyasının 13-cü kanalı öz mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, SAXAL hesab edir ki, girovların azad edilməsi ilə bağlı sazişin əldə edilməsi İsrail ordusuna Fələstin anklavı ərazisində daha sərbəst hərəkət etməyə imkan verərdi.

Daha əvvəl İsrailin "Kan" dövlət radio və televiziya şirkəti xəbər vermişdi ki, SAXAL-ın Qəzza zolağında döyüş əməliyyatları aparmaq üçün təlimatları qoşunların kəşfiyyat məlumatlarına görə, girovların ola biləcəyi ərazilərə daxil olmasını qadağan edir, çünki bu, HƏMAS döyüşçülərini onları öldürməyə təhrik edə bilər.

Sentyabrın 1-də İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Hagari bildirmişdi ki, avqustun 31-də axşam Rəfah rayonundakı yeraltı tunellərin birində altı İsrail girovunun cəsədi aşkar edilib.

Hagarinin məlumatına görə, girovların altısı da İsrail qoşunları Fələstin radikalları ilə həmin ərazidə döyüşlər apardığı zaman onlara çatmağa az qalmış öldürülüb. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, onların hamısı radikallar tərəfindən yaxın məsafədən güllələnib. HƏMAS radikal hərəkatı iddia edir ki, altı oğurlanmış israilli SAXAL tərəfindən anklavın bombardmanı nəticəsində həlak olub.


Вернуться назад