Главная > Manset / Dünya > KİV: 80-dən çox deputat Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı qətnamə imzalayıb

KİV: 80-dən çox deputat Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı qətnamə imzalayıb


5-09-2024, 08:00. Разместил: azadses
80-dən çox deputat Fransa Prezidenti Emmanuel Makronun iqtidardan uzaqlaşdırılması ilə bağlı qətnamə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.

KİV-in məlumatına görə, sənədi “Yeni Xalq Cəbhəsi” sol blokundan olan 81 deputat (onlardan 72-si “Tabe olmayan Fransa” fraksiyasından olan parlamentarilər), həmçinin “Yaşıllar” və “Sol Demokratlar və Respublikaçılar” qrupundan olan bir sıra digər deputatlar imzalayıb.

Xatırladaq ki, “İtaətsiz Fransa” avqustun sonunda Makronun iqtidardan uzaqlaşdırılması proseduruna başlayıb.

Bu partiyanın parlament fraksiyasının rəhbəri Mathilda Panonun verdiyi məlumata görə, prezidentin impiçmenti barədə qətnamə layihəsi Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hazırlanıb.


Вернуться назад