Главная > Manset / Dünya > Britaniyanın baş nazirinin iqamətgahında Sibir pişiyi saxlanılacaq
Britaniyanın baş nazirinin iqamətgahında Sibir pişiyi saxlanılacaq4-09-2024, 16:19. Разместил: azadses |
Böyük Britaniyanın hökumət başçısının Londonun mərkəzindəki iqamətgahında ikinci pişik olacaq. Bu barədə Oxu.az BBC-yə istinadən məlumat verir. İyulun əvvəlində bu vəzifəyə təyin olunan Kir Starmer bildirib ki, ev heyvanının seçilməsi mövzusu bütün yay boyu ailə şurasında müzakirə olunub. Əvvəlcə siyasətçinin oğlu və qızı alman çoban iti saxlamaq istəyiblər. "Bu, qızımın götürdüyü Sibir pişiyidir. Sonda nəticə belə oldu", - deyə Leyborist Partiyasının lideri vurğulayıb. Sığınacaqdan götürülmüş Larri adlı pişik 2011-ci ildən Britaniya baş nazirinin iqamətgahında xidmət edir. O, artıq beş baş nazirin - Devid Kemeronun, Tereza Meyin, Boris Consonun, Liz Trassın və Rişi Sunakın dövründə əsas siçan ovçusu olub. Вернуться назад |