Главная > Manset / Dünya > ABŞ Ukraynanın Rusiyanın dərinliklərini vurmasına icazə veməyəcək

ABŞ Ukraynanın Rusiyanın dərinliklərini vurmasına icazə veməyəcək


4-09-2024, 13:55. Разместил: azadses
Amerika Birləşmiş Ştatları Ukrayna Silahlı Qüvvələrinə hələ də Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazə verməyib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukrayna hərbçilərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə Amerika silahları ilə zərbələr endirməsinə qadağa qoymasına münasibətini dəyişməyib.

O, Ağ Evin mövqeyinin dəyişməyəcəyini də vurğulayıb.


Вернуться назад