Главная > Manset / Dünya > Ukrayna Rusiya ordusuna qarşı "Qaradağ"ı göndərdi

Ukrayna Rusiya ordusuna qarşı "Qaradağ"ı göndərdi


1-09-2024, 15:31. Разместил: azadses
Ukrayna Milli Qvardiyanın "Qaradağ" hücum briqadası Pokrovska yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "Forbes" nəşri yazır.

Məlumata görə, bu yolla Kiyev şəhər ətrafında müdafiəni gücləndirməyə çalışır.

"Pokrovsk ətrafında Ukraynanın müdafiəsini gücləndirmək ümidi ilə Milli Qvardiya özünün bir neçə hücum briqadalarında birini - "Qaradağ"ı əraziyə yerləşdirib", - materialda deyilir.

Briqadanın sayı təxminən iki min nəfərdir.

Materialın müəllifi qeyd edib ki, Pokrovsk Ukrayna Silahlı Qüvvələrinin təchizat aldığı əsas logistika mərkəzidir.


Вернуться назад