Главная > Manset / Dünya > Trampla Harrisin seçim tərəddüdündə olan ştatlarda populyarlıq göstəriciləri bərabərləşib

Trampla Harrisin seçim tərəddüdündə olan ştatlarda populyarlıq göstəriciləri bərabərləşib


30-08-2024, 08:53. Разместил: azadses
ABŞ-nin keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harrisin seçim tərəddüdündə olan ştatlarda populyarlıq göstəriciləri demək olar ki, bərabərdir.

"Report" xəbər verir ki, bunu "The Hill"in sifarişi ilə "Emerson College Polling"in avqustun 26-dan 28-dək keçirdiyi sorğunun nəticələri sübut edir.

Harris Corciya və Nevada ştatlarında Trampı bir qədər qabaqlayır: bu ştatlarda seçicilərin 49 %-i vitse-prezidentə, 48 %-i isə ABŞ-ın keçmiş liderinə etimad göstərir. Miçiqanda isə Harris Trampı iki faizlə qabaqlayır.

Trampın populyarlığı Arizonada bir qədər yüksəkdir, burada onu seçicilərin 50 %-i dəstəkləyirsə, Harrisdə bu, 47 %-dir. Şimali Karolina və Viskonsin ştatlarında Tramp 49 %, Pensilvaniyada isə hər iki namizəd 48 % reytinqə malikdir.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Вернуться назад