Главная > Manset / Dünya > ABŞ Rusiya ilə kosmosla bağlı danışıqlar planlaşdırmır

ABŞ Rusiya ilə kosmosla bağlı danışıqlar planlaşdırmır


29-08-2024, 13:00. Разместил: azadses
ABŞ və Rusiya arasında kosmosda təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar planlaşdırılmır.

“Report” xəbər verir ki, bunu ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq deyib.

O, ABŞ Silahlı Qüvvələrinin Peterson bazası tərəfindən təşkil edilən videokonfrans zamanı jurnalistin müvafiq sualını “Rusiya ilə heç bir danışıqlar planlaşdırmırıq”, - deyə cavablandırıb.

Qeyd edək ki, 2024-cü ilin fevralında ABŞ hökuməti, o cümlədən prezident Cozef Bayden s Rusiyanı kosmosa nüvə silahı yerləşdirməyi nəzərdən keçirdiyini bəyan etmişdi. Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan aprelin 24-də Rusiya Federasiyasının nüvə yükü daşıyan peyk əleyhinə silahlar hazırladığını iddia edib.


Вернуться назад