Главная > Manset / Dünya > Netanyahu İsrailin Qəzzada döyüşləri dayandırmaq barədə xəbərləri təkzib edib

Netanyahu İsrailin Qəzzada döyüşləri dayandırmaq barədə xəbərləri təkzib edib


29-08-2024, 08:51. Разместил: azadses
“N13 kanalının İsrailin Qəzza zolağında döyüşləri dayandırmağa razı olduğu barədə xəbəri yalandır”.

“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir.

“Bu, poliomielit peyvəndi üçün döyüş əməliyyatlarında fasilə deyil, yalnız Qəzza zolağında bunun üçün müəyyən yerlərin ayrılmasıdır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, peyvənd üçün yerlərin ayrılması təklifi təhlükəsizlik kabinetinə təqdim edilib və müvafiq mütəxəssislərin dəstəyini alıb.


Вернуться назад