Главная > Manset / Dünya > Tramp qalib gələcəyi təqdirdə ABŞ Milli Kosmik Qvardiyasını yaradacaq

Tramp qalib gələcəyi təqdirdə ABŞ Milli Kosmik Qvardiyasını yaradacaq


27-08-2024, 14:00. Разместил: azadses
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda qalib gələcəyi təqdirdə Rusiya və Çinlə qarşıdurmanı davam etdirmək üçün ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacağına söz verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu siyasətçi Detroytda (Miçiqan) seçiciləri qarşısında çıxışı zamanı bildirib.

"Birləşmiş Ştatların Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanı yaratmağın vaxtı çatıb. Prezident kimi mən Milli Kosmik Qvardiya ilə bağlı tarixi qanunvericiliyə imza atacağam", - o deyib.

Respublikaçı hesab edir ki, 2019-cu ildə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ı qabaqlamasına mane olub.

"Rusiya və Çin bizi məhv etdi, çünki diqqətimizi kosmosa cəmləməmişdik. İndi isə diqqətimizi cəmlədiyimiz üçün liderlik edirik", - Tramp vurğulayıb.

O, həmçinin ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən dronların, robot texnikasının, süni intellektin inkişafına, hipersəs silahlarının istehsalına investisiyalar vəd edib.


Вернуться назад