Главная > Manset / Dünya > Brüssel hava limanında sərnişinlər bomba təhlükəsi səbəbindən təxliyə edilib

Brüssel hava limanında sərnişinlər bomba təhlükəsi səbəbindən təxliyə edilib


25-08-2024, 11:19. Разместил: azadses
Belçikanın paytaxtı Brüssel Beynəlxalq Hava Limanında bomba təhlükəsi yaranıb.

"Report" xəbər verir ki, bu barədə "Belqa" agentliyi hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

Polis binalara baxış keçirmək üçün gözləmə zalı və baqaj qəbulu sahəsindən insanları təxliyə edib.

Sərnişinlərin hava limanından kənara aparılmadığı, binanın digər otaqlarında qaldıqları dəqiqləşdirilir.


Вернуться назад