Главная > Manset / Cəmiyyət > Qaxda bir sinfin bütün şagirdləri universitetə qəbul oldular

Qaxda bir sinfin bütün şagirdləri universitetə qəbul oldular


24-08-2024, 17:15. Разместил: azadses
Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XIA sinif şagirdləri rayon üzrə rekord nəticə göstəriblər.

Oxu.Az xəbər verir ki, bu barədə məktəbin "Facebook" sosial şəbəkə hesabında paylaşım edilib.

Belə ki, ali məktəblərə qəbul üçün sənəd verən 19 nəfərdən hər biri müvafiq universitetlərə qəbul olaraq 100 faiz nəticə göstərib.

Qeyd edək ki, dünən ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.

Müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.


Вернуться назад