Главная > Manset / Cəmiyyət > İmişlidə ötən illə müqayisədə boşanmaların sayı azalıb

İmişlidə ötən illə müqayisədə boşanmaların sayı azalıb


22-08-2024, 13:00. Разместил: azadses
İmişli rayonunda ötən illə müqayisədə boşanma hallarının sayı azalıb.

Bu barədə "Report"un Muğan bürosuna İmişli Rayon Statistika İdarəsindən məlumat verilib.

Cari ilin yanvar-iyun aylarında rəsmi orqanlar tərəfindən 337 nikah bağlanıb və 81 boşanma faktı qeydə alınıb.

Ötən il isə bu rəqəm 408 (nikah) və 124 (boşanma) olub.

Belə ki, nikahların sayının 18 faiz azalması fonunda boşanmaların sayı 35 faizdən çox aşağı düşüb.


Вернуться назад