Главная > Manset / Dünya > Mask Trampın müşaviri olacaq?

Mask Trampın müşaviri olacaq?


20-08-2024, 18:00. Разместил: azadses
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək prezident seçkisində qalib gəldiyi təqdirdə, sahibkar İlon Maskın ABŞ administrasiyasına qoşulmasını istəyir.

Oxu.Az xəbər verir ki, Tramp "Reuters"ə verdiyi müsahibədə bildirib ki, əgər Ağ Evə qayıtsa, Maskın ABŞ administrasiyasının rəhbəri və ya kabinet üzvü vəzifəsini qəbul etməyə hazır olduğu halda, ona bu vəzifələri təklif etməyi planlaşdırır.

Qeyd edək ki, iyul ayında Trampa sui-qəsd cəhdindən sonra Mask seçki mübarizəsində ona açıq dəstək vermişdi.

Prezident seçkisi ölkədə noyabrın 5-də keçiriləcək.


Вернуться назад