Главная > Manset / Cəmiyyət > Autizmin gözlənilməz səbəbi
Autizmin gözlənilməz səbəbi19-08-2024, 17:04. Разместил: azadses |
Siçanlarda ASTN2 geninin olmaması, autizmli insanlara xas olan davranışları təşviq edir. Oxu.Az xəbər verir ki, bu nəticə "PNAS" jurnalında dərc olunan yeni araşdırmada açıqlanıb. 70-dən çox gen autizm spektr pozğunluğu (ASD) ilə əlaqələndirilir. Bu pozğunluğun təzahürləri arasında nitq, ünsiyyət problemləri, hiperaktivlik və təkrarlanan hərəkətlərə meyl daxildir. 2018-ci ildə elm adamları ASTN2 genindəki qüsurların neyroinkişaf pozğunluqlarına səbəb ola biləcəyini aşkar ediblər. Yeni araşdırmada isə bioloqlar müəyyən ediblər ki, ASTN2 geninin tamamilə sıradan çıxarılması siçanların davranışını dəyişdirir. Siçanlar səslərindən daha az istifadə etməyə və anaları ilə daha az ünsiyyət qurmağa başlayıblar. "Bəzi autizmli insanlar metaforaları başa düşmür, bəziləri eşitdiklərini əks səda kimi təkrarlayır, bəziləri isə ümumiyyətlə danışmır" , - alimlər qeyd ediblər. Eyni zamanda, heyvanlar hiperaktiv olub və hərəkətləri 40% daha tez-tez təkrarlayıblar, məsələn, yerində fırlanıblar. ASTN2 geni beyincikdə aktivdir. Onun autizmlə əlaqəsi, elm adamlarının çoxdan hesab etdikləri kimi, beyinciyin təkcə motor funksiyalarına cavabdeh olmadığını vurğulayır. Autizmin səbəbi Autizm Вернуться назад |