Главная > Manset / Dünya > Çində mədən qəzası baş verib, ölənlər var

Çində mədən qəzası baş verib, ölənlər var


18-08-2024, 17:16. Разместил: azadses
Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Quotou kömür mədənində baş vermiş qəza nəticəsində azı üç şaxtaçı ölüb, daha üçü itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, hadisə bazar günü Pekin vaxtı ilə saat 05:40-da (Bakı vaxtı ilə 01:40) Santao kəndində baş verib və qeyd olunan yerdə qaya uçub.

Şaxta rəhbərliyi axtarış-xilasetmə işlərini təşkil edib. Hadisənin səbəbləri aydınlaşdırılır, araşdırma aparılır.


Вернуться назад