Главная > Manset / İdman > Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edən idmançılarımız vətənə qayıdıblar

Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edən idmançılarımız vətənə qayıdıblar


13-08-2024, 12:11. Разместил: azadses
Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışla yeni rekord vuran Azərbaycan millisi Vətənə qayıdıb.

Oxu.Az xəbər verir ki, idmançılar, o cümlədən, beş olimpiya mükafatçısı, Gənclər və İdman Nazirliyi və Millo Olimpiya Komitəsinin rəhbərliyi, eləcə də nümayəndə heyətinin digər üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıblar.

Millimiz Fransa paytaxtında 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib çıxıb. Paris-2024-də cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Komandamız bu göstərici ilə tarixdə ilk dəfə Olimpiadanı 30-cu pillədə başa vurub.

Qeyd edək ki, Olimpiya çempionlarımızın bir qismi Vətənə daha öncə qayıdıb.

Anar Həsənov


Вернуться назад