Главная > Manset / Dünya > İran Prezidenti özünə yeni müavin təyin edib

İran Prezidenti özünə yeni müavin təyin edib


10-08-2024, 16:19. Разместил: azadses
İran Prezidenti Məsud Pezeşkian Hüseyn Afşini texnologiya, iqtisadiyyat və fundamental elmlər üzrə vitse-prezident təyin edib.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, H.Afşin 1981-ci ildə İranda anadan olub. O, Şərif Texnologiya Universitetinin professordur. Enerji, Su, Ətraf Mühit Elmləri və Texnoloji Tədqiqat İnstitutuna rəhbərlik edib. H.Afşin Maşınqayırma fakültəsində Elmi şuranın üzvüdür.


Вернуться назад