Главная > Manset / İqtisadiyyat > Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub


10-08-2024, 13:53. Разместил: azadses
Bu ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 26,3 milyard manat təşkil edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, sənaye məhsulunun 76,4 %-i mədənçıxarma, 20,5 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2024-cü il vəziyyətinə 512 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış, satış üçün nəzərdə tutulmuş 40,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.


Вернуться назад