Главная > Manset / Dünya > Rusiyanın APEC-dəki nümayəndəsi oliqarx Deripaska müharibəni “dəlilik” adlandırıb
Rusiyanın APEC-dəki nümayəndəsi oliqarx Deripaska müharibəni “dəlilik” adlandırıb9-08-2024, 08:52. Разместил: azadses |
Rusiyalı biznesmen Oleq Deripaska Yaponiyanın KİV-inə müsahibəsində Ukraynadakı müharibəni “dəlilik” adlandıraraq Rusiyanın hərbi xərclərini tənqid edib. “Report” xəbər verir ki, bu barədə milyarder “Nikkei Asia”ya danışıb. Deripaska nəşrə bildirib ki, “öz maraqlarını güdən” Asiya ölkələrinə ixrac etmək imkanı sanksiyalardan və Qərb ölkələri ilə iqtisadi əlaqələrin pozulmasından sonra “ticarət üçün, əlbəttə ki, xilasedici dairəyə” çevrilib. O, Çinlə ticarətin “müharibənin başlanğıcında müəyyənedici amil” olduğunu bildirsə də, özü Rusiyada iqtisadi “çöküşün daha pis olacağını” güman etdiyini söyləyib. Tokioya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Biznes Məsləhət Şurasında iştirak etmək üçün Rusiyanın nümayəndəsi kimi uçduğunu deyən Deripaska vurğulayıb ki, ticarət Rusiya iqtisadiyyatını dəstəkləyib, lakin hərbi xərclər ona zərər verir. 2024-cü il büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 10,7 trilyon rublu (ÜDM-in təxminən 6 %-i) ötüb. Nəşrə görə, Deripaska Ukraynadakı müharibəni “dəlilik” adlandırıb, həmçinin Rusiyanın hərbi xərclərini tənqid edib: “Müharibəni dayandırmaq istəyirsinizsə, əvvəlcə atəşi dayandırmalısınız”, – deyən iş adamı “dərhal, qeyd-şərtsiz atəşkəsə” çağırıb. “Nikkei Asia” Deripaskanı “Putinə yaxın oliqarx” adlandırır. Jurnalistlər onun Rusiya Prezidenti ilə indiki münasibətinin necə olduğunu soruşduqda, iş adamı deyib: “Heç bir dəyişiklik yoxdur”. “Onlar [Kreml] mənə toxunmur, biz də [iş adamları] siyasətə qarışmırıq”. Qeyd edək ki, Oleq Deripaska Ukraynadakı müharibə haqqında bir neçə dəfə danışıb. Hələ 2022-ci ilin aprelində o, teleqram kanalında müharibəni “çılğınlıq” adlandırıb. “Financial Times” mənbələrə istinadən həmin il yazıb ki, Kreml iş adamından Ukraynadakı müharibəni tənqid etməyi dayandırmağı xahiş etdikdən sonra Rusiya məhkəmələri Deripaskanın 1 milyard dollarlıq aktivinə həbs qoyub. Daha sonra Deripaska deyib ki, “Ukraynanı məhv etmək böyük səhv olardı”. 2023-cü ilin sentyabrında “Financial Times”a verdiyi müsahibədə o, Rusiya və Ukraynanın müharibəni dayandırmalı olduğunu söyləyib, çünki, onun fikrincə, münaqişə tərəflərindən heç biri “bəyan edilmiş məqsədə” nail ola bilməyəcək. Вернуться назад |