Главная > Manset / Dünya > Fransa DİN: Paris və onun ətrafında cinayətlər artıb

Fransa DİN: Paris və onun ətrafında cinayətlər artıb


9-08-2024, 08:00. Разместил: azadses
Son həftədə Fransanın paytaxtı Parisdə və ətrafında cinayətkarlıq artıb.

“Report” xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyə görə, əvvəlki həftə ilə müqayisədə zorakılıqla oğurluq halları 17 %, zorakılıq olmadan oğurluq halları 6 %, ictimai nəqliyyatda oğurluq halları 8 %, hücum halları isə 10 % artıb.

Ötən həftənin sonunda ölkənin daxili işlər naziri Jerald Darmanen Olimpiya Oyunlarının başlanğıcından Parisdə 200 nəfərin saxlanıldığını bildirmişdi. İl-de-Frans regionunda olimpiya obyektləri ətrafında 35 min polis və jandarm, 18 min hərbçi və bir neçə min özəl mühafizə şirkətinin əməkdaşı yerləşdirilib.

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.


Вернуться назад